IQNA

İraqda ilk dəfə hədis hifzi yarışı keçirildi | Foto

18:23 - May 26, 2021
Xəbər sayı: 3489915
İraqın Şiə İslami Fondlar İdarəsi nəzdində fəaliyyət göstərən Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə ilk dəfə "Nəbəvi Hədisləri Hifzi" yarışları keçirilib.

İraqın Şiə İslami Fondlar İdarəsi nəzdində fəaliyyət göstərən Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə ilk dəfə "Nəbəvi Hədisləri Hifzi" yarışları keçirilib.

"Nəbəvi (s) hədisləri" qorunması və yayılması hədəfi ilə təşkil edilən bu yarışlar "Peyğəmbərin hədisləri; həyat tərzimizdir" şüarı ilə keçirilib.

Yarışlar ötən gün, 25 May 2021-ci il, Bağdadın Milli Quran Elmləri Mərkəzinin "Səqəleyn" müctəməsində İraqın Şiə İslami Fondlar İdarəsinə bağlı müəssisə və təşkilatların işçiləri arasında keçirilib.

Yarışların açılış mərasimində İraqın Milli Quran Elmləri Mərkəzinin direktoru Rafe əl-Amiri hədis irsinin qorunması və yayılmasının əhəmiyyəti barədə çıxış edib.

Hədis hafizləri hakimlər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblərə hədiyyələr və təqdirnamələr verilib. / iqna

 
 
captcha